Türkiyənin Milli Müdafiə nazirliyi azərbaycanlıları 9 noyabr - Bayraq Günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyinin tviter səhifəsində paylaşım edilib: "Qəhrəman və soylu Azərbaycan türkü qardaşlarımız, bayraq gününüz mübarək! Sizlərlə qürur hissi keçiririk və ermənilər qarşısındakı zəfərinizə görə qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, yaxında ay-ulduzumuz Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik!"