Deputat: "Tezliklə AŞPA iclaslarına Şuşa və Xankəndidən qoşulacağam"

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev erməni təcavüzü barədə danışıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşım edib. 

“Mən Avropa Şurası Parlament Assambleyasının İmmiqrasiya Komitəsində çıxış etdim. Ermənistanın təcavüzünün və işğalının humanitar nəticəsi barədə danışdım.

Tezliklə onlayn AŞPA iclaslarına Şuşa və Xankəndidən qoşulacağam. Situasiya barədə oradan məlumat verəcəyəm”, - deyə T.Gəncəliyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top