İşğaldan azad olunan Mincivanda sərhəd zastavasının açılışı olub

Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayon ərazisində Mincivan qəsəbəsində sərhəd zastavasının açılışı olub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, sərhəd zastavası döyüş fəaliyyətinə başlayıb.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Məmmədbəyli, Şərifan, Muğanlı və Tiri sərhəd zastavaları üzərində 9 noyabr Bayraq günü ərəfəsində Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldılıb və sərhəd zastavaları xidməti döyüş fəaliyyətinə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top