"Şuşaya getmək istəyirəm" - FOTO


Bu il ölkə ərazisində özəl şirkətlərdən biri tərəfindən rəsm müsabiqəsi elan olunmuşdu. 

Yeniavaz.com xəbər verir ki, elan olunmuş rəsm müsabiqəsinin şərtinə görə azyaşlılar öz xəyallarını ağ kağız üzərinə köçürməli idi. Bu rəsm müsabiqəsində iştirak edərək birinciliyi qazanan Anadolu-Türk liseyinin şagirdi Əsmagül Mamedova rəsmdə tək özünün deyil, bütün azərbaycanlıların arzusunu vərəqə çəkmişdi. Rəsm belə adlanır: "Şuşaya getmək istəyirəm".
Bu gün həm 12 yaşlı Əsmagül, həm də bütün Azərbaycan gözü yaşlı o xəbərin müjdəsini aldı.
Yaşasın bizlərə bu sevinci yaşadan Azərbaycan Ordusu!

DİGƏR XƏBƏRLƏR

Top