"İzvestiya" qəzeti: "Ermənilər Xankəndi şəhərini tərk etməyə davam edir"


Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməyə davam edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb.
Bildirilir ki, Xankəndidə olan jurnalistlər müvəqqəti olaraq Yerevana göndərilib. Şəhərdəki uşaqları və qadınları da evakuasiya edərək Ermənistan ərazisinə göndəriblər.
Nəşrin hərbi dairələrdəki mənbəsi bildirir ki, şəhərdə yalnız kişilər qalıb: "Şuşa şəhərində gərgin vəziyyət davam edir. Demək olar ki, Şuşanı Azərbaycan Ordusu nəzarətə götürüb. Şuşa ətrafında fasiləsiz döyüşlər davam edir".

DİGƏR XƏBƏRLƏR

Top