ABŞ-ın yeni prezidenti Co Bayden - Keçmişdən bu günə - FOTOLAR

Xəbər verdiyimiz kimi Co Bayden Donald Trampa qalib gələrək ABŞ-ın 46-cı prezidenti seçilib. 

Yeniavaz.com xəbər verir ki, ABŞ-ın yeni prezidenti Co Bayden 20 Noyabr 1942-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Scranton şəhərində irlandiyalı ailədə anadan olub.

1953-cü ildə ailəsi ilə Delaver ştatının Klaymont şəhərinə köçüb. 1965-ci ildə Delaver Universitetinin Siyasi Elmlər Bölməsini daha sonra 1969-cu ildə Sirakuza Universiteti Hüquq Fakültəsini bitirib və Vilmingtonda vəkil işləyib.

1972-ci ildə 31 yaşında olarkən ABŞ Senatorluğuna seçilən Bayden, ən gənc senatorlardan biri olaraq qeydə alınıb. Həmin il həyat yoldaşı və qızını avtomobil qəzasında itirib. O, 37 il Delaver əyalətinin senatoru vəzifəsində çalışıb.


1955-2007 illərdə Konqressin erməni işlər üzrə qrupun üzvü olub. Azərbaycana qarşı olan 907-ci düzəliş üçün və 1992-2008 illərin arasında Ermənistana və Qondarma Dağlıq Qarabağ Respublikasına maddi yardım üçün lehinə səs verib.

2008-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərində Demokrat Partiyadan prezidentliyə namizəd olub, lakin Ayova əyalətində keçirilən ilkin seçkilərdə uğursuzluqdan sonra namizədliyini geri çəkib. Avqustun 22-də Barak Obamanın vitse-prezidentlik təklifi ilə razılaşıb və 6 gün sonra onların qoşa namizədliyi rəsmiləşib. 2009-cu ilin 4 noyabr seçkisində onunla birgə səs çoxluğu qazanaraq vitse-prezident seçilib.

1977-ci ildə ikinci dəfə ailə quran Baydenin birinci evlilikdən iki oğlu, ikinci evliliyindən bir qızı var. O, beş nəvə babasıdır.

DİGƏR XƏBƏRLƏR

Top