"Erməni təxribatı nəticəsində ölən məktəblilərin sayı 10-a çatdı" - Təhsil Nazirliyi


“Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi”.

Bu barədə Təhsil Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

“Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı”, - deyə nazirliyin sosial şəbəkədəki səhifəsində vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top