Hikmət Hacıyev ermənilərin Bərdəyə hücumları ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib


"Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanln dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi".

Bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

Hikmət Hacıyev YUNİSEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

Yet another innocent victim of Armenia's terror.16 years old young gentlemen -Shahmali today was killed in Barda as a result of Armenia's targeted/delibarate attacks on Azerbaijani civilians. Barda is away from combat zone. There was no military necessity. @UNICEF @UNHumanRights pic.twitter.com/DbofcRtT2U

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2020

Hikmət Hacıyev Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinin dayanmadığını bildirib. “Ermənistanın Bərdənin kəndində hücumu nəticəsində yeniyetmə oğlan öldürülüb, Tərtər rayonunda daha bir dinc şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülmüş dinc sakinlərinin sayı artmağa davam edir”, - Hikmət Hacıyev digər paylaşımında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top