Fransanın “Le Monde” qəzeti Şuşada gedən döyüşlərdən yazıb.
Yeniavaz.com xəbər verir ki, “Le Monde”də yayımlanan məqalədə ermənilərin artıq Şuşanı tərk etdiyi bildirilir:
“Şuşadakı erməni hərbçiləri darmadağın edildi. Hərbi təcili yardım maşınlarının arxasında üst-üstə yığılmış onlarla yaralı, Xankəndiyə aparıldı. Qalanları isə mübarizəni davam etdirməyin mümkünsüz olduğunu bilərək geri çəkilməyə başlayıblar. Bu gün ermənilərin Şuşanı boşaltdığı bildirilir. Şuşa döyüşü 6 noyabrdan etibarən Azərbaycan qüvvələrinin xeyrinə döndü”.