Ermənilərin Bərdəyə atəş açması nəticəsində dünyasını dəyişən yeniyetmənin FOTOSU


Xəbər verdiyimiz kimi, bu gün növbəti dəfə Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, düşmən mərmilərindən biri rayonun Yeni Əyricə kəndində fərdi yaşayış evinə düşüb.

Nəticədə 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Erməni terrorunun qurbanı olan Şahmalının fotosunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top