Ərdoğan: “Səhər İlham Əliyev qardaşımla danışdıq, zəfərə yaxınlaşırıq”


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Qarabağda gedən müharibə barədə növbəti dəfə açıqlama verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan partiyasının Kahramanmaraşda keçirilən iclasında Prezident İlham Əliyevlə telefonla danışdığını bildirib:
“Səhər İlham Əliyev qardaşımla telefonda danışdıq. İrəliləyişlər barədə dedi. Müsbət irəliləyişləri eşidəndə də əlhamdulillah çox xoşbəxt oldum. Zəfərə yaxınlaşırıq”.
 

 

DİGƏR XƏBƏRLƏR

Top