Gürcüstanda yenidən komendant saatı elan olundu


Gürcüstanda koronavirusun artması səbəilə yenidən komendant saatı elan edildi.
Yeniavaz.com
“gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin idarələrarası şurasının iclasından sonra keçirilən brifinqdə məlumat verilib. Bildirilib ki, komendant saatı ölkənin əsas şəhərlərində - Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Rustavi, Qori və Poti şəhərlərində 9 Noyabrdan etibarən tətbiq olunur. 22:00-dan 5:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edək ki, Gürcüstanda son sutkada 2 min 859 nəfər koronavirusa yoluxub, 18 nəfər isə dünyasını dəyişib.
 

DİGƏR XƏBƏRLƏR

Top