Əliyar Əliyevin doğulduğu kənd də azad edildi


Azərbaycan Ordusu daha 16 kəndimizi işğaldan azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu gün azad edilən kəndlərdən biri də Milli Qəhrəman Əliyar Əliyevin doğulduğu Qubadlının Qəzyan kəndidir. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də məhz həmin kənddə doğulub. Qarabağ döyüşləri başlayanda isə könüllü dəstəsi ilə birgə Qubadlıya edilən bütün hücumların qarşısını ala bilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində, "Tikanlı zəmi" yüksəkliyi uğrunda gedən döyüşlərdə isə şəhid olub.
 

DİGƏR XƏBƏRLƏR

Top