Ermənistanda gərginlik: Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirmək istəmir


Ermənistanın baş naziri parlamentdə təmsil olunan müxalifət fraksiyasının Təhlükəsizlik Şurasının iclasının keçirilməsilə bağlı müraciətinə cavab vermir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Bildirilir ki, oktyabr ayının 27-də Ermənistan parlamentində təmsil olunan müxalifət partiyaları -  “Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" fraksiyalarının nümayəndələri baş nazir Nikol Paşinyana məktubla müraciət edərək Qarabağdakı müharibə vəziyyətini müzakirə etmək üçün Təhlükəsizlik Şürasının iclasının keçirilməsini tələb ediblər.
“Joxovurd” qəzeti yazır ki, bugünə kimi müxalifət təmsilçilərinin müraciətinə cavab verilməyib: “Müraciət ilə bağlı hansı qərarın olduğunu baş nazirin mətbuat katibi Mane Qriqoryandan öyrənməyə çalışdıq, lakin Qriqoryan gün ərzində etdiyimiz telefon zənglərimizə cavab vermədi". 
Məlumat üçün bildirək ki, Ermənistan qanunvericiliyinə görə ölkənin Təhlükəsizlik Şurasında parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top