Yunanıstan yenidən karantinə girir


Yunanıstanda koronavirusa yoluxma halları artdığı üçün ölkənin karantinə girməsinə qərar verilib. 
Yeniavaz.com
"Hürriyet"ə istinadən xəbər verir ki, bütün ölkədə tətbiq ediləcək karantin tədbirləri baş nazir Miçotakis tərəfindən açıqlanıb. O bildirib ki, getdikcə artan yoluxmanın qarşısında gecikməkdənsə, daha sərt tədbirlər almaq lazımdır. 
Bu, ölkədə koronavirus pandemiyası başladıqdan sonra alınan ikinci karantin qərarıdır. Yunanıstanda karantin 7 noyabrdan tətbiq olunacaq. 
İlk pandemiya vaxtı Yunanıstanda hər şey daha normal olsa da, bu dəfə yoluxma oktyabr ayından bəri sürətlənməyə başlayıb. Ötən gün Yunanıstanda ən yüksək yoluxma  halı qeydə alınıb. Bu rəqəm 2646 olaraq açıqlandı.
Qeyd edək ki, Yunanıstanda ümumilikdə 46 min 892 nəfərdə koronavirus aşkarlanıb. 673 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top