Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu atəşə tutuldu - VİDEO

Gecə təxminən saat 02:30-da Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu atəşə tutulub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov məlumat verib.

Bildirilir ki, altı əl atəş edilib, pəncərə və giriş qapısı qırılıb. Xoşbəxtlikdən, gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb.

Nəzarət kameraları əllərində səsboğucusu olan tapançaya bənzəyən silah olan iki gənci qeydə alıb. Faktla bağlı cinayət işi başlanıb.

Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri araşdırma aparır.

 

DİGƏR XƏBƏRLƏR

Top