Rusiyada dövlət başçısına ömürlük toxunulmazlıq verilə bilər - Qanun layihəsi


Rusiyada dövlət başçısının səlahiyyət müddəti bitdikdən sonra da toxunulmaz qalmasına dair qanun layihəsi parlamentin aşağı qanadı Dumaya təqdim edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Mövcud Rusiya qanunlarına görə, prezidentlər vəzifələrində olarkən cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Təklif olunan yeni düzəliş isə bu toxunulmazlığın prezident olmuş şəxsə ömürlük şamil edilməsini hədəfləyir.

Təklif, bu ilin əvvəlində Putinin konstitusiya dəyişikliklərini qiymətləndirən bir parlament qrupu tərəfindən təqdim edilib.

Layihə Rusiya parlamentinin aşağı palatasından keçməli, yuxarı palatada müzakirə olunmalı və sonra qüvvəyə minməsi üçün Putin tərəfindən imzalanmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top