Polis Kosovonun keçmiş prezidentinin evində əməliyyat keçirib


Ötən gün istefa verən keçmiş Kosovo prezidenti Haşim Taçinin paytaxt Priştində yerləşən evində Avropa İttifaqının Kosova Missiyası (EULEX) və Kosovo polis tərəfindən əməliyyat aparılıb.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, Kosovo mətbuatı, keçmiş məclis sədri Kadri Veseli və Kosovo Qurtuluş Ordusunun (UCK) keçmiş komandanı Rəcəb Səliminin evlərində də axtarış işləri aparılıb.
Kosova Prokurorluğunun yazılı açıqlamasında, əməliyyatların bütün ölkə ərazisində aparıldığı və Kosovo polisi və EULEX-in dəstəyi ilə həyata keçirildiyi qeyd olunub.
Ötən gün istefa verən Taçi ilə bərabər Veseli, Səlimi və keçmiş Kosova parlamentinin sədri Yaqub Krasniçinin də Haaqa həbsxanasına yerləşdirilib. UCK-nın keçmiş sözçüsü olan Krasniçi 4 noyabrda həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top