Millimizin heyəti açıqlandı - Siyahıda Qurban Qurbanovun oğlu da var


Azərbaycan millisinin noyabrda keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Yeniavaz.com AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Canni De Byazi 29 futbolçuya dəvət göndərib.

Komanda noyabrın 8-də təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək. Yığma komanda noyabrın 14-də və 17-də UEFA Millətlər Liqasının qrup mərhələsində müvafiq olaraq Monteneqro və Lüksemburqla qarşılaşacaq.

Qapıçılar : Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi "Qarabağ"), Aydın Bayramov ("Sumqayıt")

Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Abbas Hüseynov (hamısı "Qarabağ"), Anton Krivotsyuk, Mert Çelik (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə, Amin Seydiyev (hər ikisi  "Sabah"), Tellur Mütəllimov, Elvin Bədəlov (hər ikisi "Sumqayıt"), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi "Keşlə")

Yarımmüdafiəçilər: Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi "Qarabağ"), Elvin Camalov ("Zirə"), Vüqar Mustafayev, Xəyal Nəcəfov, Rahim Sadıxov (hamısı "Sumqayıt"), Coşqun Diniyev ("Sabah"), Rəhman Hacıyev  ("Keşlə")

Hücumçular: Vüsal İsgəndərli ("Keşlə"), Mirabdulla Abbasov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Mahir Emreli, Musa Qurbanlı (hər ikisi "Qarabağ"), Ramil Şeydaev ("Sabah")

DİGƏR XƏBƏRLƏR

Top