2 şəhər və 8 rayonda kafe və restoranların fəaliyyəti dayandırılıb


2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində kafe və restoranların fəaliyyəti dayandırılır.

Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top