Tanınmış fotoqraf Reza Deqati ermənilərin Tərtərə atdığı fosforlu bombanın zərərsilşədirildiyi anı görüntüləyib.
Yeniavaz.com xəbər verir ki, fosforlu bombanın zərərsilşədirildiyi ana aid fotoları öz “instagram” səhifəsində paylaşıb. O,3 Noyabr da Agentliyin xüsusi mobil əməliyyat qruplarının Tərtər rayonunun Səhlabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm-lik D-4 (P-4) ağ fosfor mərmi tapdıqlarını və yerindəcə zərərsizləşdirildiyini bildirib:
“ANAMA-nın apardığı bu əməliyyatın şahidi olmaq üçün bir qrup fotoqraf, operator və jurnalistlə birgə idim. Ermənistan Azərbaycanın Tərtər bölgəsində mülki insanlara qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir. Ağ fosfor olan silahlar insan sağlamlığına ciddi mənfi təsir göstərir. Bu cür silahlar ağır kimyəvi yanıqlara səbəb olur”.