Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.
Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən bu şəhər və rayonlarda İqtisadiyyat nazirliyi tərəfindən muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, fərdi sahibkarlara bundan əvvəl göstərilən birdəfəlik maliyyə dəstəyinin miqdarı minimum 250 manat olub.