SEPAH komandiri xəbərdarlıq etdi: “İran sərhədinə terrorçu qruplar gətirilib”


İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri General-mayor Hüseyin Səlami İran sərhədinə terrorçuların yığıldığını bildirib.
Yeniavaz. com
“Təsnim” agentliyinə istinadla xəbər verir ki, Hüseyin Səlami təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə İran sərhədinə baxış keçirib. İranlı general daha sonra açıqlama verərək bildirib ki, İran sərhədinə çox sayda terrorçu gətirilib:
“Bu barədə əlimizdə etibarlı mənbələrdən daxil olan dəqiq məlumatlar var. Bizim üçün ciddi bir təhlükədir. Ölkəni qorumağa tam hazır şəkildəyik. İstənilən təcavüzə qəti şəkildə cavab veriləcək”.
 

DİGƏR XƏBƏRLƏR

Top