Serj Sarkisyan hədələdi - hərbi vəziyyət bitsin bu məsələyə ətraflı şəkildə toxunacağıq


Ermənistan Müdafiə nazirliyinin rəsmisi Artsrun Hovannisyan “İctimai TV”yə verdiyi müsahibədə deyib ki, son iki ildə orduya son on ildə olduğundan daha müasir silahlar alınıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Artsrun Hovannisyan bu açıqlmasına Ermənistanın üçüncü prezidenti, Respublikaçılar partiyasının sədri Serj Sarkisyanın qərargahından cavab verilib.
Serj Sarkisyan adından verilən açıqlmada qeyd olunur ki, Artsrun Hovannisyan ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir: “Ölkənin müharibə vəziyyətində olduğunu nəzərə alaraq hərbi vəziyyət elan edildi və düşmən Şuşanın kənarındadır. Əlbətdə ki, hərbi vəziyyətin bitməsindən sonra digər əsassız fərziyyələr kimi bu mövzuya da ətraflı şəkildə toxunacağıq".
 

DİGƏR XƏBƏRLƏR

Top