Tarixi binanın bərpasına başlandı - FOTO


Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata görə, hazırda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunmuş, ərazi nəzarətə götürülmüşdür.

Qərara alınmışdır ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlamaların keçirilsin.

DİGƏR XƏBƏRLƏR

Top