İrəvanda qəza: 4 nəfər öldü, “Azərbaycanşünas” Əlibəyova yaralandı - FOTO


Dünən axşam Ermənistanın paytaxtı İrəvanda avtomobil qəzası baş verib və nəticədə 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Yeniavaz.com xəbər verir ki, qəzada yaralananlardan biri Ermənistanda “Azərbaycanşünas” kimi tanınan Anjela Əlibəyova olub.
Anjela Əlibəyova “Facebook” səhifəsində yazıb ki, Bağramyan prospektində 3 avtomobil toqquşub: “Biz sonuncu avtomobildə olduğumuz üçün ciddi zədə almadıq. Ümid edirəm ki, qəzanın günahkarı qanunun bütün qüvvəsi ilə cəzalandırılacaq".

DİGƏR XƏBƏRLƏR

Top