Cəbhədə gərgin döyüşlər davam edir.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Qeyd olunub ki, düşmən rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.