Menşov: “Azərbaycanın hərbi əməliyyatları davam etdirmək üçün səbəbi var"

Ən məşhur bakılılardan biri, kinorejissor- “Oskar” mükafatının sahibi Vladimir Menşov hesab edir ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında 30 uzun ildən sonra nəhayət sülh olmalıdır.

Bu barədə “Moskva-Baku” portalı yazıb.

“Bu sülh bir dəfə 1980-ci illərin sonu – 1990-cu illərin əvvəlində kobud və qəddar şəkildə pozulub. Demək olar ki, 30 il ərzində münaqişə hələ də həllini tapmayıb. İndi Azərbaycanın öz torpaqlarını qaytarana qədər hərbi əməliyyatları davam etdirmək üçün səbəbi var.  Mən indi də Azərbaycanda təxminən 30 minə yaxın erməninin yaşadığını öyrənəndə çox təəccübləndim. Düşünürəm ki, Ermənistanda yəqin ki, bir azərbaycanlı belə qalmayıb”, - deyə V.Menşov bildirib.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top