Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o “Twitter”də yazıb. Bildirib ki, seçki günündən sonra verilən heç bir səs sayılmayacaq.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top