Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb - VİDEO

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

Görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top