Fransada son sutkada 40 mindən çox insan koronavirusa yoluxdu


Fransada son 1 gündə 40 min 558 yeni yoluxma halı aşkarlanıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi son sutkada 394 nəfərin COVID-19-dan dünyasını dəyişdiyini açıqlayıb. Pandemiya başlayandan bu günə kimi ölkə üzrə bu say 38 min 674 nəfər olub. Ölkədə ümumilikdə isə yoluxma halının 1 milyon 543 min 321-ə çatdığı bildirilir.
Hazırda Fransada 18 min 866 nəfərin xəstəxanalarda müalicə alır. Onlardan 2884 nəfər koronavirusun ağır göstəricələri ilə reanimasiyalarda müalicə olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top