Fələstinli gənc Vyana polisinə kömək etdi - 2 medal aldı


Fələstinin Dövlət Başçısı Mahmud Abbas, Vyana şəhərindəki terror hücumunda polis məmuruna kömək edən 23 yaşlı fələstinli Üsamə Cövdəti medalla mükafatlandırıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin dövlət başçısı Cövdətlə telefon vasitəsilə danışıb.
Cövdəti cəsarətinə görə təbrik edən Abbas ona insanlığın ortaq dəyərlərini müdafiə edən və hər cür terroru rədd edən Fələstin xalqının gəncliyini təmsil etdiyini deyib.
Avstriyanın Fələstin səfirliyində təşkil edilən mərasimlə Cövdətə sözügedən medal təqdim edilib. Digər tərəfdən də Avstiriya polisi fələstinli gənci "Qızıl Polis" medalı ilə təltif edib.
Qeyd edək ki, Üsamə Cövdətin Vyanadakı silahlı hücum vaxtı ağır yaralanmış bir polisə ilkin tibbi yardım göstərməsi sosial şəbəkə hesablarında əks olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top