Xocalı qətliamının iştirakçısının vəziyyəti ağırlaşıb


Xəbər verdiyimiz kimi, 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər edən Sasun Mikaelyan 20 gün əvvəl Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Ermənistanın “İravunk” qəzeti yazır ki, bel və ayaqlarından yaralanan Sasun Mikaelyanın üzərində iki dəfə əməliyyat aparılsa da səhhətində müsbət irəliləyişlər olmayıb. 
Yeniavaz.com
 “İravunk” qəzetinə istinadən bildirir ki, 19 oktyabr tarixində ağır yaralanan Mikaelyan bir neçə həftə İrəvandakı "Erebuni" xəstəxanasında müalicə aldıqdan sonra, dünən damar müayinəsi üçün 1 saylı klinikaya aparılıb.
Bildirilir ki, Mikaelyanın ayağındakı problem getdikcə ağırlaşır və hazırda koma vəziyyətindədir. 
Məlumat üçün bildirək ki, 1958-ci ildə anadan olan Sasun Mikaelyan birinci Qarabağ müharibəsi zamanı “Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı döyüşüb. Daha sonra Ermənistanda bələdiyyə sədri və millət vəkili olub. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Sonuncu dəfə 2018-ci ildə Nikol Paşinyanın partiyasından deputat seçilib. Hazırda Ermənistan parlamentinin üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top