Yaralı hərbçimiz yenidən cəbhəyə qayıtmaq istəyir - VİDEO


Döyüş meydanında Ermənistan silahlı birləşmələrinin tanklarını və xeyli canlı qüvvəsini məhv edən yaralı hərbçimiz yenidən döyüşə qayıtmaq istəyir.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, Abşeron rayon Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə ayağından və əlindən ağır qəlpə yarası aldığından geri göndərilib.

Onun sözlərinə görə, Qarabağ uğrunda hərbçilərimiz böyük qəhrəmanlıq nümayiş etdirirlər. Topçu olan Pərvin Allahquliyev şəxsən özü düşmənə ağır zərbələr vuraraq, onların 3-ü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxardığını və canlı qüvvəsini məhv etdiyini deyir.

Atası Yadulla Allahquliyevin də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşdüyünü xatırladan Pərvin Allahquliyev deyir ki, Azərbaycanın çox güclü Ordusu və vətənpərvər gəncləri var. O, sağaldıqdan sonra yenidən cəbhəyə yollanmaq fikrindədir.

Qazinin anası Tahirə Allahquliyeva isə oğlu ilə bərabər Vətən uğrunda canından keçməyə hazır olan bütün hərbçilərimizlə qürur hissi keçirdiyini deyir.

İndi Pərvin Allahquliyev tezliklə sağalacagı günü gözləyir. Yenidən döyüşərək işğalda qalan torpaqlarımızı azad etmək niyyəti ilə...

DİGƏR XƏBƏRLƏR

Top