Gürcüstanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb


Gürcüstanda səhiyyə işçiləri arasında koronavirusa yoluxma halları artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Bildirilib ki, Gürcüstanda tibb işçiləri arasında koronavirusa yoluxma sentyabr ayından artmağa başlayıb. Sentyabrın 1-ci həftəsinədək ölkədə koronavirusa yoluxan tibb işçilərinin ümumi sayı 140 olduğu halda, oktyabrın sonunda bu rəqəm 1678-ə yüksəlib.

Son 24 saat ərzində isə ölkədə daha 209 tibb işçisində koronavirus təsdiqlənib.

A.Qamkrelidzenin sözlərinə görə, tibbi heyət arasında yoluxma göstəricisi 6 faizdən yüksək deyil.

DİGƏR XƏBƏRLƏR

Top