Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək
sözlərini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top