Ukraynada koronavirusa yoluxma halı rekord sayda artdı

 
Ukraynada son 24 saat ərzində 9524-dən çox COVID-19-a yoluxma halı aşkarlanıb.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, bununla da ölkədəki ümumi yoluxma sayı 420 min 617-yə çatıb. Ölənlərin sayı isə 199 nəfər artaraq 7731 nəfər olub.
Ukraynanın Səhiyyə naziri Maksim Stepanov, ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən həftəsonları mağazalar, kafe, restoran və əyləncə məkanlarının bağlana biləcəyini açıqlayıb. Stepanov komendant saatının tətbiq etməyin gündəmdə olmadığını bildirib.
Ukraynanın koronavirus səbəbindən fəlakət ərəfəsində olduğunu söyləyən nazir, virusun yayılmasına görə hər bir vətəndaşın məsuliyyət daşıdığını vurğulayıb.
 

 
 

DİGƏR XƏBƏRLƏR

Top