"Sivasspor" "Qarabağ"la oyundan əvvəl Azərbaycana belə dəstək oldu


Türkiyənin "Sivasspor" futbol klubu Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"la oynayacağı oyundan əvvəl "Yeni Sivas 4 Eylül" stadionunda Azərbaycan və Türkiyə bayraqlarını asıb.
Məlumat üçün onu da bildirək ki, "Sivasspor" klubunun 3 futbolçusu - Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliks zədə səbəbindən "Qarabağ"a qarşı oynaya bilməyəcəklər.
Qeyd edək ki, "Sivasspor" – "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
 

 

DİGƏR XƏBƏRLƏR

Top