İlhan Ömər ABŞ-da yenidən Nümayəndələr Palatasına üzv seçildi


Somali mənşəli İlhan Ömər, ABŞ-ın Minnesota ştatında yenidən Nümayəndələr Palatasına millət vəkili seçilib.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, İlhan Ömər, 2019-cu ilin yanvarında vəzifəyə başladıqdan sonra Somali əsilli ilk amerikalı konqresmen, Minnesotanı təmsil edən ilk qaradərili xanım və konqresə seçilən ilk iki müsəlman-amerikalı qadından biri kimi tarixə düşüb.
Somalidə anadan olan İlhan Ömər və ailəsi, xanım konqresmenin hələ səkkiz yaşı olarkən ölkədəki vətəndaş müharibəsindən canını qurtararaq ABŞ-da yaşamağa başlayıb. Ailə 90-cı illərdə ABŞ-a gəlmədən əvvəl 4 il Keniyada bir qaçqın düşərgəsində məskunlaşıb. 1997-ci ildə ailəsi ilə birlikdə Minneapolisə köçüblər. Ömər və Fələstin əsilli Rəşidə Tlayb, 2018-ci ilin oktyabrında keçirilmiş seçkilərdə Nümayəndələr Palatasına üzv seçiliblər və ABŞ Konqresində iştirak edən ilk müsəlman qadın millət vəkili olublar.

DİGƏR XƏBƏRLƏR

Top