Qondarma rejimin “prezident administrasiyası” İrəvana köçürüldü - FOTO


İşğal altında olan Qarabğadakı seperatçıların başçısı Arayik Harutyunyan rəhbərlik etdiyi idarənin (“prezident administrasiyası”) İrəvana köçürüldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Arayik Harutyunyan sosial şəbəkə hesabında bildirib.
Seperatçıların başçısı bildirib ki, rəhbərlik etdiyi idarə Qarabağdan Ermənistana köçən insanlara sosial və inzibati xidmətlərin (sosial ödəmələrin qəbulu, sənədlərin qeydiyyatı, digər xidmətlər), həmçinin müxtəlif yardımların göstərilməsi üçün İrəvana köçürülüb.
Açıqlamada qeyd edilir ki, Qarabağdan köçən insanlar bundan sonra İrəvanın Şengavit rayonunda, Qaragen Njde 23/1 ünvanına müraciət edə bilərlər.

 

DİGƏR XƏBƏRLƏR

Top