Azərbaycanda bu gün də COVID-19-a yoluxanların sayı 1200-dən çox oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.

Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.
Qeyd edək ki, dünən (3 noyabr) Azərbaycanda koronavirus infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınmışdı, 551 nəfər isə müalicə olunaraq sağalmış və evə buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top