"Hər dəqiqə vətənpərvərlik haqqında danışan siz, ikiüzlülükdən başqa heç nə etmirsiniz. Bir insana övladının doğum haqqında şəhadətnaməsini, ancaq könüllü olaraq orduya yazıldığı və bunu sübut edən bir sənəd gətirdiyi halda verəbiləcəyinizi necə deyə bilərsiniz?".
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış erməni vəkil Robert Ayrapetyan özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, hətta buna görə girov götürülmüş analar və körpələr də var:
"Anaları və körpələrini girov götürmüsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar vermisiniz? Beyniniz var, yoxsa onun yerinə hava ilə doldurulmuş çarpayı yerləşdiriblər?".