İzmirdə baş verən sarsıdıcı zəlzələdən sonra bu gün xilasetmə işləri dayandırıldı.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu öz tviter səhifəsində məlumat verib.
Qeyd edək ki, ən son məlumatlara görə İzmirin Səfərihisar rayonunda baş verə zəlzələdə 114 nəfər həyatını itirib, 1035 nəfər yaralanıb. Yaralananların 898-i evə buraxılıb, 137 nəfərin müalicəsi davam etdirilir.