Ermənistanın təxribatı nəticəsində 500 mülki obyekt və 2734 yaşayış evi yararsız vəziyyətə düşüb


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2 734 yaşayış evi yararsız vəziyyətə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top