Mingəçevirdə "Priora" yandı - FOTO


Mingəçevirdə avtomobil yanıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhərinin A.Məmmədov 12/9 ünvanında avtomobil təmiri sexində baş verib. Belə ki, "Lada Priora" markalı avtomobil təmir sexinin içərisində qısaqapanma nəticəsində anidən alışıb. Hadisə yerinə Mingəçevir yanğından mühafizə briqadasının əməkdaşları cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top