Leyla Abdullayeva Ermənistan prezidentinin yalanını ifşa etdi


Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK televiziyasına müsahibəsində yalan məlumatlar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb. O bildirib ki, Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:
“Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt isə ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə, orada 390 min 505 erməni yaşayıb”.

DİGƏR XƏBƏRLƏR

Top