Kamran Əliyev: "Hərbçilərimiz Füzulidə bayraq sancmağa salamat bina yox idi"


"SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalıb".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev “Reuters” agentliyinə verdiyi açıqlama zamanı deyib. O bildirib ki, Zəngilanda yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb binası idi:
“Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi”.
Agentliyə Ermənistan ordusunun Azərbaycanda mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən baş prokuror, həmçinin, bölgədəki 700-ə yaxın tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top