Avstriya vətəndaşı Paşinyana yazdığı cavabla gündəm oldu - FOTO


Ermənistanın baş naziri Nikol Paşinyan özünün “twitter” səhifəsində Avstriyadakı terror aktı səbəbilə yazdığı tvitə gözləmədiyi cavab alıb.
Yeniavaz.com
xəbər verir ki, o paylaşımında heç bir əsas gətirmədən və yersiz şəkildə Qarabağ döyüşünə toxunaraq Azərbaycan və Türkiyədən “terrorçu” deyə bəhs edib. Daha sonra Avstriyaya terror hadisəsi ilə bağlı baş sağlığı verib. Bu tviti görən bir Nikolaus Kern adlı Avstriya vətəndaşı isə Paşinyana gözləmədiyi şəkildə cavab verib. O, yazdığı tvitlə cərəyan edən hadisələrin Paşinyanın təqdim etdiyinin tam əksi olduğunu diqqətə çatdırıb:
“Əslində bu terror hadisəsi zamanı iki nəfər türk qəhrəman oldu. Yaralanmış bir polis məmurunu təhlükəli yerdən çıxardılar. Və türklər bizə başsağlığı mesajı göndərdilər”.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş verən silahlı hücum vaxtı Rəcəb Tayyib Gültəkin və Mikayıl Özen adlı 2 türk vətəndaşı 1-i polis olmaqla 3 avstriyalının həyatını xilas ediblər. Onlar haqqında Avstriyanı ən nüfuzlu media orqanları geniş yazılar yayımlayıb, televiziyalar reportajlar hazırlayıblar. Qısa müddətdə hər iki türk Avstriyada hər kəs tərəfindən tanınan qəhrəmana çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top