Prezident: "Onlar həmişə özlərini ağlayan insanlar kimi təqdim etmək istəyirlər"


"Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi?"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibə verərkən deyib. O bildirib ki, ermənilər hər kəsi qovublar:
"Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər".

DİGƏR XƏBƏRLƏR

Top