İlham Əliyev: "Bilirik ki, PKK oradadır"


"Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibə verərkən deyib. O bildirib ki, onlar erməni əsilli olduqlarını desələr də, bunun heç bir fərqi yoxdur: "Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar".

DİGƏR XƏBƏRLƏR

Top